Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə rəqabətinin bitdiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “Record” yayıb.
“Rəqabət keçmişdə qalıb. Əla idi, pərəstişkarlar bəyəndi. Ronaldo sevənlər Messiyə nifrət etməməlidir. Bunlar futbol tarixini dəyişdirən iki çox yaxşı oyunçudur”, - Ronaldo bildirib.
Xatırladaq ki, Kriştianu Ronaldo 2023-cü ilin əvvəlindən “Əl Nəsr”də çıxış edir. 36 yaşlı Messi isə iyulun 15-də “İnter Mayami”yə keçib. Onun ABŞ klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.