Ronaldo və Burak Özçivit bir arada - Foto

ronaldo-ve-burak-ozcivit-bir-arada
Oxunma sayı: 6028

Türkiyənin tanınmış aktyoru Burak Özçivit dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Səudiyyə Ərəbistanına gedən Özçivit bu ölkənin “Əl-Nasr” və Portuqaliya millisinin hücumçusu Ronaldonu görmədən qayıtmayıb. O, birlikdə çəkdirdiyi fotonu instaqram hesabında paylaşaraq “Böyük fanatıyam” şərhini də yazıb.

Sözügedən foto sosial şəbəkədə böyük marağa səbəb olub, minlərlə bəyənmə və şərh toplayıb.