Rövnəq Abdullayev televiziya lisenziyası aldı

rovneq-abdullayev-televiziya-lisenziyasi-aldi
Oxunma sayı: 655

SOCAR-ın prezidenti Rövnəq Abdullayev uzun müddətdir ki, çalışdığı televiziya layihəsini reallaşdırmağa başlayıb. “Qafqazinfo”nun məlumatına görə, artıq Rövnəq Abdullayevə televiziya açmaq üçün lisenziya verilib. Belə ki, bir neçə gün əvvəl Milli Televiziya və Radio Şurasının növbəti iclasında “Caspian İnternational Broadcasting Company” MMC-yə peyk vasitəsilə televiziya yayımı üçün 6 illik lisenziya verilib.

Qeyd edək ki, bir müddət əvvəl “ATV international” kanalı ATV-nin tabeçiliyindən alınaraq “SOCAR”a verilmişdi. Socar TV adlanacaq yeni kanalın şirkət daxilində fəaliyyət göstərəcəyi nəzərdə tutulsa da, sonradan onun genişləndirilərək tam televiziya formatında işləməsi düşünülüb.

Televiziyanın yaxın vaxtlarda fəaliyyə başlayacağı gözlənilir. Demək olar ki, yeni kanalın kollektivi də artıq formalaşmaq üzrədir.