SOCAR-ın Prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, tələbələr öncə SOCAR-da Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Neft sərgisi ilə tanış olublar.
Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın Prezidenti Rövşən Nəcəfin görüşü keçirilib.
GİP-in iştirakçılarını təbrik edən Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.
Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra, görüş müzakirələr formatında davam etdirilib.


Son xəbərlər
Son Xəbərlər