ABŞ dövlət katibi Marko Rubio martın 2-3-də İsrailə səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibi İran, Livan da daxil olmaqla bir sıra regional prioritetləri və Prezident Trampın Qəzza üçün 20 maddəlik Sülh Planının həyata keçirilməsi üçün davam edən səyləri müzakirə edəcək”, - deyə departamentin saytında yerləşdirilən açıqlamada bildirilir
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların üçüncü raundu dünən Cenevrədə baş tutub. “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, bu raund tərəflər arasındakı fikir ayrılıqlarını həll edə bilməyib.
Son xəbərlər
Son Xəbərlər