Ruhi hamilə olmasına aydınlıq gətirdi – Açıqlama

ruhi-hamile-olmasina-aydinliq-getirdi-aciqlama-
Oxunma sayı: 816

“Ruhi xanımın yaxınları ilə əlaqə saxladım, onlar xəbəri təsdiqlədilər. Bəli, Ruhi altıaylıq hamilədir. Xoş xəbər olsa da, Ruhinin səhhəti ilə bağlı narahatlıqları hələ də qalır. Həkimlər onun hamiləliyin sonuncu gününə qədər tibbi nəzarət altında olmasına qərar veriblər. Bilirsiniz ki, Ruhi xanım hamiləlikdən öncə bir neçə dəfə səhhəti ilə bağlı ciddi müalicə kursları keçib və buna görə də hamiləliyin ciddi həkim nəzarətinə götürülməsi müəyyən olunub”.

Qeyd edək ki, dünən ölkənin bir çox media orqanları, o cümlədən “Qafqazinfo” saytı Ruhinin hamilə olması və bu səbəbdən ölkəni tərk edərək xaricdə klinikalardan birində yerləşdirilməsi haqqında xəbər yaymışdı.