Rumıniya nümayəndələri Göygöldə - Fotolar

ruminiya-numayendeleri-goygolde
Oxunma sayı: 281

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonda səfərdə olan Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və nümayəndə heyətinin üzvlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı iki ölkə arasında dostluq münasibətləri, humanitar əməkdaşlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar Göygöl şəhərində yerləşən qəbiristanlıqda II Dünya müharibəsində dəfn olunmuş rumın hərbi əsirlərinin qəbrini ziyarət edərək xatirələrini yad ediblər.