Rusiya həmin terrorda Ukraynanın əli olduğunu elan etdi

rusiya-hemin-terrorda-ukraynanin-eli-oldugunu-elan-etdi
Oxunma sayı: 3574

Rusiya İstintaq Komitəsinə Ukraynadan “Crocus City Hall”da terror aktını törədənlərə xeyli miqdarda pul daxil olması barədə məlumat daxil olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb:

“İstintaqla terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta alması ilə bağlı məlumatlar təsdiqlənib. Saxlanılan terrorçularla iş, onlardan götürülən texniki vasitələrin tədqiqi və maliyyə əməliyyatları barədə məlumatların təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi barədə sübutlar əldə edilib”.