Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı

rusiya-turkiye-ile-muntezem-ucuslari-da-dayandirdi
Oxunma sayı: 3007

Rusiya Türkiyə və Tanzaniya ilə müntəzəm uçuşları dayandırır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Tatyana Qolikova bildirib. O, bu qərarın hər iki ölkədə koronavirusa yoluxma sayının artması səbəindən verildiyini deyib. Məhdudiyyətlər 15 aprel-1 iyun tarixlərini əhatə edəcək. Turoperatorlara Türkiyəyə bilet satışını dayandırmaq tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Türkiyə ilə çarter reyslərini dayandırdığı açıqlanmışdı.