Rusiya-Ukrayna müharibəsi ilə bağlı razılığa gəldilər

rusiya-ukrayna-muharibesi-ile-bagli-raziliga-geldiler
Oxunma sayı: 12654

Paris və Pekin Fransa Prezidenti Emmanuel Makron və Çinin xarici işlər naziri Vanq Yi arasında keçirilən görüşdən sonra Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq barədə razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP məlumat ayıb.

Agentliyin məlumatına görə, çinli nazirin Fransa paytaxtına səfəri zamanı iki ölkənin nümayəndələri Pekinin münaqişənin həllində rolunu müzakirə ediblər.

Nəticədə, Fransa lideri və ÇXR Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna ərazisində beynəlxalq hüququn ruhuna uyğun olaraq, sülh yolu ilə həllini təşviq etmək niyyətlərini bildiriblər.