Rusiya və İran müdafiə sahəsində əlaqələri inkişaf etdirəcəklər

rusiya-ve-iran-mudafie-sahesinde-elaqeleri-inkisaf-etdirecekler
Oxunma sayı: 997

Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini, briqada generalı Xocatolla Koreyşi ilə Moskvada ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

“Tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - Rusiya Müdafiə Nazirliyində deyiblər.

Tərəflər, həmçinin müdafiə sahəsində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.