Rusiya Xarici İşlər Nazirliyi Şimali Atlantikada ABŞ hərbçiləri tərəfindən saxlanılan “Marinera” tankeri ilə bağlı rəsmi bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, Moskva Vaşinqtondan gəmidəki Rusiya vətəndaşlarına qarşı humanist rəftar tələb edib.
Nazirliyin bəyanatında ekipaj üzvlərinin vətənə qayıtmalarına maneə yaradılmaması vurğulanıb.
Xatırladaq ki, bu gün federal məhkəmənin qərarı ilə Rusiya bayrağı altında üzən tanker ABŞ hərbçiləri tərəfindən ələ keçirilib.
Onu da bildirək ki, ABŞ ordusu Karib dənizində sanksiya tətbiq edilmiş Rusiyaya məxsus “Sofiya” neft tankerini də bu gün ələ keçirmişdi.
Son xəbərlər
Son Xəbərlər