Rusiyada azərbaycanlını öldürən erməni ölkəsinə ekstradisiya olunacaq

rusiyada-azerbaycanlini-olduren-ermeni-olkesine-ekstradisiya-olunacaq
Oxunma sayı: 1405

Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirdiyinə görə 18 il müddətinə azadlıqdan məhrum edilmiş erməni Arman Arakelyan Ermənistana ekstradisiya olunacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “news.am” portalına artıq 4 ildir ki, Murmansk həbsxanasında olan erməni qatilin oğlu Qurqen Arakelyan məlumat verib.

Onun sözlərinə görə, ekstradisiya prosesi 1-2 ay vaxt aparacaq. 

“Ekstradisiyanın həyata keçirilməsi üçün müəyyən proses var, hansı ki, hələ başa çatmayıb”, - deyə o, bildirib.