Rusiyada “London Mall”dan insanlar bomba xəbərinə görə təxliyə edildi - Video

rusiyada-london-malldan-insanlar-bomba-xeberine-gore-texliye-edildi
Oxunma sayı: 4133

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda yerləşən “London Mall” ticarət mərkəzinə gələnlər bomba xəbərinə görə təxliyə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb.

Yaxınlıqdakı evlərin sakinləri sirena səslərini eşidib və təcili yardım maşınlarının ticarət mərkəzinə yaxınlaşdığını videoya çəkiblər. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım gəlib.

Xəbəri rus dilində oxuyun: Кадры СК с задержанными террористами из “Крокуса” – ВИДЕО

Bildirilib ki, evakuasiyaya səbəb şübhəli obyekt barədə məlumat olub.