Rusiyada planlaşdırılan növbəti terrorun qarşısı alındı

rusiyada-planlasdirilan-novbeti-terrorun-qarsisi-alindi
Oxunma sayı: 4145

Rusiyada planlaşdırılan növbəti terror aktının qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, terror aktı Stavropol vilayətində insanların kütləvi toplaşdığı yerdə planlaşdırılıb.

Artıq faktla bağlı açılan cinayət işi üzrə 3 nəfər şübhəli şəxs saxlanılıb.