Məlum olduğu kimi, dünən axşam Moskvada “Crocus City Hall” kompleksində terror aktı törədilib.
“Qafqazinfo” xəbər verir kimi, “Kommersant” qəzeti hadisə yerindən çəkilən fotoları yayıb. Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, hadisə nəticəsində 82 nəfərin öldüyü, 100-dən çox şəxsin yaralandığı bildirilir. Terror aktı ticarət mərkəzinin bir çox hissəsində, əsasən də “Piknik” qrupunun konsertini izləməyə gələn insanların olduğu zalda konsertin başlamasından bir neçə dəqiqə əvvəl törədilib.
“RedKassa”nın məlumatına görə, sözügedən konsertə bütün biletlər satılıb. Konsertin baş tutacağı zal isə 6200 nəfər üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Crocus City Hall” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.