Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video

rusiyanin-sulhmeramli-kontingenti-azerbaycani-terk-edir
Oxunma sayı: 16245

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. 

“Qafqazinfo” bu barədə Musavat.com-a istinadən xəbər verir.

Məlumata görə, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edir. 

Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır. 

Təqdim etdiyimiz video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.