Rüstəm Umerov Ukraynanın müdafiə naziri təyin olundu

rustem-umerov-ukraynanin-mudafie-naziri-teyin-olundu
Oxunma sayı: 3026

Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, Ali Rada sözügedən təyinatı təsdiq edib. 

Belə ki, 338 deputat onun namizədliyinin lehinə səs verib. Əleyhinə səs verən olmayıb, deputatlardan yalnız 1-i səs verməkdən imtina edib. 

Xatırladaq ki, Ali Rada sentyabrın 5-i müdafiə naziri Aleksey Reznikovun istefasını qəbul edib.