Saakaşvilinin səhhəti ilə bağlı həkimlərin - Rəyi

saakasvilinin-sehheti-ile-bagli-hekimlerin
Oxunma sayı: 5599

“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təyin olunmuş sxem üzrə yeməyə başlayıb”.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bunu Gürcüstan Dövlət Şurasının üzvü Nino Şaraşenidze deyib. Baş nazir İrakli Qaribaşvilinin tapşırığı ilə yaradılan şura əvvəlcə Saakaşviliyə şənbə günü gecə köçürüldüyü Qori xəstəxanasında baş çəkib.

“Biz laboratoriya tədqiqatları ilə tanış olduq, terapevtik vəziyyəti qiymətləndirdik, gələcək laboratoriya tədqiqatlarını təyin etdik, müalicə rejimini və dərmanları seçdik”, - Şaraşenidze bildirib.

O qeyd edib ki, Saakaşvili artıq dietoloq və qastroenteroloq tərəfindən də müayinə olunub:

“Biz gələcək gün üçün plan, müalicə və qidalanmanın yeni taktikasını hazırlamışıq”. 

Onun sözlərinə görə, Saakaşvilinin baş ağrıları və səhhətində müəyyən problemlər davam edir.
Nevroloq Aleksandr Tsiskaridze öz növbəsində Saakaşvilinin nevroloji vəziyyətinin dünənlə müqayisədə yaxşılaşdığını, lakin bəzi problemlərin qaldığını qeyd edib.

“Ümid edirik ki, adekvat müalicə fonunda vəziyyət pisləşməyəcək. Hələlik arxayınlaşmamalıyıq. Ümid edirik ki, daimi monitorinq fonunda fəsadların qarşısını almaq olar”, - Tsiskaridze deyib.
Hazırda şuranın həkimləri yazılı rəy hazırlamağa hazırlaşır.

Qeyd edək ki, Saakaşvili şənbə günü gecə həbsxana klinikasından Qori hərbi  hospitalına köçürüldükdən sonra 50 günlük aclıq aksiyasına son qoyub. Hazırda o, reanimasiya şöbəsindədir.