Bir neçə dəqiqədən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi başlayır.
“Qafqazinfo” xəbər verir ki, Operativ Qərargahın və polisin xəbərdarlıqlarına baxmayaraq, bu həftə də yüzlərlə Bakı sakini rayonlara getməyə cəhd edib.
Jurnalist Nurlan Məmmədovun yaydığı məlumata görə, hazırda Bakı-Qazax şossesinin Ələt ərazisindən keçən hissəsində güclü tıxac var. Sürücülər postlardan keçə bilmədikləri üçün torpaq yola üz tutub.
Qeyd edək ki, polis əməkdaşları torpaq yolla rayonlara getmək istəyənlərin qarşısını almaq üçün Bakının çıxışındakı həmin yollarda qazıntı aparıb.
***
Növbəti postda polis əməkdaşları icazəsi olmayan sürücüləri saxlayaraq geri qaytarıb.


Son xəbərlər
Son Xəbərlər