Sabah 35 dərəcə isti olacaq

sabah-35-derece-isti-olacaq
Oxunma sayı: 2182

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz  25-30, Bakıda  gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.
Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək. 

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi  rayonlarda  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 13-18, gündüz  30-35, dağlarda gecə 9-14, gündüz  17-22 dərəcə isti olacaq.