Sabah bu ərazilərdə qaz olmayacaq

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 4682

Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində d325 mm-lik qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində d530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə 29.02.2024-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.