“Sabah” “Kəpəz”ə qalib gəldi

sabah-kepeze-qalib-geldi
Oxunma sayı: 1639

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, açılış oyununda “Sabah” evdə “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran “Sabah” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 20 xalı olan “Kəpəz” isə 9-cu sırada qalıb.

Günün son oyununda “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə qarşılaşacaq. 

Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.