“Sabah qapıda Şahruddini görəcəyik”

sabah-qapida-sahruddini-goreceyik
Oxunma sayı: 1679

“Bilirik ki, 1-ci qapıçımız Şahruddindir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirəcəkləri oyundan danışarkən bildirib.

“Aydın Bayramov işinin öhdəsindən gəlməyə çalışdı. Sabah qapıda Şahruddini görəcəyik”, -  o qeyd edib.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.