Bu gün Ağdam şəhərində ilk dəfə Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yenidən qurulan və sakinlərinin mərhələli şəkildə qayıdışının təmin olunduğu Ağdam şəhərində əsl bayram ab-havası yaşanır.
Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının şousu təqdim edilib.
Tədbirdə hərbi orkestrin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi nömrələri səsləndirilib, rəqs ansamblının çıxışları nümayiş olunub. Həmçinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi nümunəvi çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsi olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün – noyabrın 20-si Ağdam Şəhəri Günü elan olunub.








Son xəbərlər
Son Xəbərlər