“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir - Video

sabahin-alimleri-xiii-respublika-musabiqesine-start-verilir
Oxunma sayı: 788

Aprelin 17-dən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir.

“Qafqazinfo” xəbər verir ki, ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə layihələrini təqdim edəcəklər.

Müsabiqə 3 gün davam edəcək.

Qeyd edək ki, ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Intel International Science and Engineering Fair- ISEF) çərçivəsində ölkəmizdə artıq 13 ildir ki “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilməkdədir.

Müsabiqənin əsas məqsədi ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-də keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək.