Şabranda hotel işçiləri qəzaya düşdü - 5 yaralı

sabranda-hotel-iscileri-qezaya-dusdu
Oxunma sayı: 4994

Şabranda “Vaz 2106” və “Nissan X-Trail” markalı avtomobillər toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Pirəbədil kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri və üç sərnişin xəsarət alıb. Hadisə zamanı “Vaz 2106”da olan üç nəfərin vəziyyəti ağır olduğu üçün onlardan biri Bakıda, ikisi Sumqayıtda yerləşən xəstəxanaya yerləşdirilib.

Digər avtomobildə olan iki sərnişin nisbətən yüngül xəsarətlə Şabran Rayon Xəstəxanasında saxlanılıb.

“Report”un məlumatına görə, qəzaya düşənlər “Şabran Hotel”in əməkdaşlarıdır. Hotel qəza baş verən kənddə yerləşir.