Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən vəfat edib.
Hadisənin təfərrüatı araşdırılır.
***
Gecə saatlarında Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası törədən avtobus sürücüsünə cinayət işi açılıb.
“Qafqazinfo” xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus “Karsan” markalı, 40 saylı marşrut avtobusunu idarə edən Qubat Ələsgərov barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlabılıb. İlkin araşdırma zamanı məlum olub ki, saat 21:50 radələrində Q.Ələsgərov avtobusu Balaxanı qəsəbəsindən Sabunçu dairəsi istiqamətinə sürərkən nəqliyyat vasitəsini yolun sağında dayanmış yük maşınına çırpıb. Nəticədə avtobusda olan sərnişinlərdən 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı ağır xəsarətlər alıb. O Sabunçu Tibb Mərkəzinə çatdırılıb, lakin tibbi müdaxiləyə baxmayaraq vəfat edib.