Nəsimi rayonunda yerləşən 11 saylı xüsusi təhsil məktəbinin şagirdləri 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı “Biz cəmiyyətin ayrılmaz hissəsiyik” adlı tədbir keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə fiziki və əqli cəhətdən qüsurlu olan uşaqlar maraqlı proqramlarla çıxış ediblər. Tədbirə millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Bakı şəhər Baş Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, müğənni Şəmistan Əlizamanlı, Qarabağ qazisi Həsən Həsənov və digər şəxslər qatılıblar.
Şagirdlər həm vətənpərvərlik, həm də digər mövzulara həsr olunan maraqlı səhnəciklər təqdim ediblər.
Millət vəkili M. İbrahimqızı məktəbin əlil arabasına ehtiyacı olan şagirdlərinə dəstək olacağını bildirib.
Tədbirdə çıxış edən məktəb müəllimləri qüsurlu uşaqların hər zaman dəstəyə ehtiyacları olduqlarını qeyd ediblər.







Son xəbərlər
Son Xəbərlər