Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifəyə Həsənov Natiq Namiq oğlu gətirilib.
Qeyd edək ki, o, 10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Son xəbərlər
Son Xəbərlər