Şakira DÇ-də “qol”unu atdı - Video

sakira-dc-de-qolunu-atdi
Oxunma sayı: 797

Dünyaşöhrətli müğənni Şakira planetin ən nəhəng futbol bayramı olan FIFA Dünya Çempionatının rəsmi açılış mərasimində çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, açılış Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən əfsanəvi “Asteka” (Mexico City Stadium) stadionunda baş tutub.

Mərasimdə dünyaşöhrətli müğənnilər Şakira və Burna Boy çıxış edərək azarkeşlərə unudulmaz anlar yaşadıblar.

Qeyd edək ki, bu, Şakiranın FIFA Dünya Çempionatı üçün hazırladığı ikinci rəsmi himndir.

Müğənni daha əvvəl 2010-cu ildə keçirilən dünya çempionatı üçün təqdim etdiyi “Waka Waka (This Time for Africa)” mahnısı ilə böyük uğur qazanmışdı.

Şakira həmçinin 2014-cü ildə “La La La (Brazil 2014)” mahnısını ifa edib.

Dünya çempionatları ilə sıx bağlı olan sənətçi 2006-cı ildə Almaniyada keçirilən turnirin bağlanış mərasimində də səhnə almışdı.