Saleh Rüstəmov aclığı dayandırdı - Yenilənib

saleh-rustemov-acligi-dayandirdi
Oxunma sayı: 7288

Qırx gündən çoxdur həbsxanada aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov aksiyanı dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müxalif hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

Qeyd edək ki, qanunsuz həbs olunduğunu iddia edən Saleh Rüstəmov aclıq elan edib. Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində kompleks müalicə alır.

O, I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddət əvvəl Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gəldikdən sonra həbs edilib. O, narkotik maddələri saxlamaqda ittiham olunub. Sonradan cinayət işinə S.Rüstəmov qanunsuz sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları da əlavə olunub.

Saleh Rüstəmov həbsdən azad edilməsi üçün bir çox ictimai və siyasi xadimlər ölkə rəhbərliyinə müraciət edib.

***

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov "Qafqazinfo"ya açıqlamasında müvəkkilinin aclığı dayandırması ilə bağlı məlumatı təsdiq edib. Vəkil bildirib ki, S.Rüstəmov hazırda sistem altındadır: "Dünən gecə vəziyyəti pisləşib və müdaxilə olub. Təkidlərdən sonra bu gün günorta saat 1-də aclığı dayandırıb. Saleh bəy ona dəstək verənlərin hamısına təşəkkürünü bildirdi. Xahiş elədi ki, ona görə aclıq keçirənlər də hamısı aclığı dayandırsın".

Vəkilin sözlərinə görə, aclıq aksiyası zamanı S.Rüstəmovun çəkisi 69 kilodan 52-yə düşüb.