Şamaxı Novruzu belə qarşıladı - Fotolar

samaxi-novruzu-bele-qarsiladi
Oxunma sayı: 2909

Şamaxıda Novruz Bayramı münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iştirakçılara xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də uşaqların əl işlərindən ibarət sərgilər numayiş olunub.

Bayram tədbirində iştirakçılara təqdim olunan müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar maraqla qarşılanıb.

Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salıblar.

Tədbirdə kəndirbazların və pəhləvanların çıxışları nümayiş olunub.

Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb.

Daha sonra bayram şənliyində incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri çıxış edib, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa ediblər.