Bu gün Şamaxının Meysəri kəndində keçirilən Beynəlxalq Barbekü Festivalı artıq başlayıb.
“Qafqazinfo” xəbər verir ki, festivalda 30-dan çöx ölkədən məşhur şeflər iştirak edir.
Festival çərçivəsində bir çox məşhur restoranların stendləri qurulub. İnsanlar fərqli təamlardan dadaraq bu günün dadını çıxarırlar.
Qeyd edək ki, festival 2 gün davam edəcək.
***
“Bu gün Şamaxıda qeyri-adi festival olacaq”.
Bu sözləri festivalın açılışı zamanı beynəlxalq kulinariya hakimi Don David İsrafilov deyib.
“30-dan çox ölkədən şeflərimiz gəlib. Bu gün hava da çox xoşdur”,- o qeyd edib.
***
“Mən 1966-cı ildə Azərbaycanda doğulmuşam. 41 ildir Azərbaycandan köçmüşəm, amma əziz dilimizi yaddan çıxarmamışam”.
Bu sözləri amerikalı şef Robert Avishalom deyib.
“İndi Amerikada yaşayıram. Mən çox xoşbəxtəm ki, ölkəmizdə belə bir möhtəşəm festivala ev sahibliyi edirik. Gözəl bayramdır. Azərbaycanın hər nöqtəsindən qonaqlar gəlir. Biz uşaqlarla da yemək hazırlayacağıq, tək-tək də bişirəcəyik”,- o əlavə edib.
Mədinə Useynova

Son xəbərlər
Son Xəbərlər