Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, partiya fəalları, ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələri və qazilər iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Şamaxı Mədəniyyət Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Yeni Azərbaycan Partiyasının yaranma tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbir çıxışlarla davam edib.
Giriş nitqi ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU Şamaxı filialının direktoru Tünzalə Yusifova və 09 saylı Ərazi Partiya Təşkilatının sədri Şasəddin Mikayılov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, milli həmrəyliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıblar. Çıxışlarda partiyanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandığı dövrdən bu günədək keçdiyi inkişaf yolu, partiyanın sədri Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisi naminə həyata keçirilən işlər, tarixi Zəfərimiz və gənclərlə işin əhəmiyyəti vurğulanıb.
Çıxışlardan sonra səmərəli fəaliyyətinə görə bir qrup YAP fəalı fəxri fərmanlarla təltif edilib. Partiyaya yeni qəbul olunan üzvlərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.








Son xəbərlər
Son Xəbərlər