Samirə 5 ildən sonra efirə qayıdır - Foto

samire-5-ilden-sonra-efire-qayidir
Oxunma sayı: 9783

Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır. 

"Qafqazinfo" xəbər verir ki, o, AzTV-də işə başlayacaq.

Teleaparıcı sentyabrın 14-dən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramını təqdim edəcək. 

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb. O, bundan əvvəl ATV-də çalışıb.