Samuxda 37 yaşlı kişi öldürüldü

samuxda-37-yasli-kisi-olduruldu
Oxunma sayı: 2543

Samux rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 16:20 radələrində rayonun Burunqovaq kəndi ərazisində olub.

1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Bu xəbəri rus dilində oxuyun: В Самухском районе убит сельчанин

DİN-in mətbuat xidmətinin regional qrupundan saytımıza bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev