Samuxda iftar süfrəsi açılıb - Fotolar

samuxda-iftar-sufresi-acilib
Oxunma sayı: 1218

Samuxda Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə RİH başçısı Firdovsi Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və aztəminatlı ailələr iştirak edib.

İftar süfrəsi Samux rayonunun Qarayeri qəsəbəsindəki Çinar şadlıq sarayında açılıb.

Firdovsi Əliyev iftar süfrəsində iştirak edənləri qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda, eləcə də Samux rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğulayıb. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib.

Ölkə başçısnın yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırıb.

İftarda “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb,  xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.

Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.