Sarkisyanın qardaşı oğlu həbs edildi

sarkisyanin-qardasi-oglu-hebs-edildi
Oxunma sayı: 2194

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan “Sputnik Ermənistan”a bildirib. 

 Ayk Sarkisyan iki ay müddətinə həbs edilib.

Onun vəkili Amram Makinyan sosial şəbəkədə yazıb ki, Sarkisyan üç polisin yalan ifadələri əsasında həbs edilib. Makinyan bildirib ki, bu qədər müşahidə kameralarının olmasına baxmayaraq, Sarkisyanın polis əməkdaşlarına qarşı zor tətbiq etdiyi bir video belə yoxdur.

Xatırladaq ki, mayın 31-də Sarkisyanın qardaşı oğlu və Sünik şəhərinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu mayın 30-da üçüncü hökumət binası qarşısında kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham edilərək saxlanılıb.