“Səbail” – “Turan Tovuz” oyunu heç-heçə ilə bitdi - Video

sebail-turan-tovuz-oyunu-hec-hece-ile-bitdi
Oxunma sayı: 1891

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Səbail” və “Turan Tovuz” komandaları “ASCO Arena”da üz-üzə gəliblər.

Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Pedro Nunu açıb. Birinci yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə qonaqlar Fərid Nəbiyevin penaltidən vurduğu qolla hesabı bərabərləşdiriblər.

Bu nəticədən sonra “Səbail” xallarını 38-ə, “Turan Tovuz” isə 36-ya yüksəldib.