Seçki günü qadağaları - İçki, toy... - Siyahı

secki-gunu-qadagalari-icki-toy
Oxunma sayı: 7208

Məlum olduğu kimi, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

“Qafqazinfo” “Cumhuriyyet”ə istinadən xəbər verir ki, qardaş ölkədə səsvermə günü bəzi qadağalar tətbiq edilir.

Türkiyədə səsvermə günü (bu gün) üçün əsas qadağaların siyahısı aşağıdakı kimidir:

- Seçki qadağaları çərçivəsində saat 06.00-dan 24.00-a qədər spirtli içkilər satılmır, ictimai yerlərdə spirtli içkilərin verilməsi və içilməsi qadağan edilir;

Həmçinin oxuyun: Эрдоган проголосовал на выборах - Прямой эфир+Обновлено 

- Səsvermə müddətində əyləncə məkanları bağlı qalacaq, yalnız əyləncə məkanı olan restoranlarda yemək yeməyə icazə verilir;

- Seçki qadağalarına və qeyd olunan qaydalara əməl olunmaq şərti ilə toyların keçirilməsinə saat 18.00-dan sonra icazə veriləcək;

- Təhlükəsizliyi və asayişi qorumaqla məşğul olanlardan başqa heç kim silah daşıya bilməz;

- Saat 18:00-dək radiolar və hər cür yayım orqanları seçki və seçkilərin nəticələri ilə bağlı xəbər, proqnoz və şərh verə bilməz. Yalnız YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər saat 18.00-21.00 arasında radiolarda və hər cür yayım orqanında yayımlanacaq;

- Bütün verilişlər seçki günü saat 21:00-dan sonra yayımlanacaq, lakin YSK tərəfindən zərurət yaranarsa, saat 21:00-dan əvvəl yayımlanmasına qərar verilə bilər.

- Prezident seçkiləri ikinci tura keçərsə, mayın 28-də də eyni müddəalar tətbiq olunacaq.

Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə, Kamal Kılıçdaroğlu və Sinan Oğanın adları püşkatma ilə müəyyən edilən sıraya əsasən prezident seçkiləri bülletenində yer alıb. Namizədlərdən Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqladığından onu adı da namizədlər siyahısında yer alır. Lakin ona veriləcək səslər sayılmayacaq.