“Sədərək”də yeni axunda etiraz edən şəxs həbs edildi

sederekde-yeni-axunda-etiraz-eden-sexs-hebs-edildi
Oxunma sayı: 6165

“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, A.Nağıyev noyabrın 12-də məscidin içində axund hacı Əkrəmin çıxarılaraq yerinə Fərid İsmayılzadənin təyin edilməsinə etirazını bildirib. O, hadisədən sonra “Sədərək” TM-nin mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.

Məsciddən A.Nağıyevin iddiaları ilə bağlı bildirilib ki, həmin şəxs özü barmağına xəsarət yetirdikdən sonra qanını üzünə sürtərək döyüldüyü görüntüsünü yaradıb.

Həmçinin oxuyun: Ev tikməyə kömək etmədiyi üçün arvadını döyən 64 yaşlı kişiyə cəza verildi

Özünü DTX əməkdaşı kimi tanıdıb dələduzluq etdi​

Hadisə ilə bağlı Qaradağ RPİ 10-cu Polis Bölməsində araşdırma aparılıb.

Aydın Nağıyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham edilib. Onunla bağlı toplanan materiallar Qaradağ rayon məhkəməsinə göndərilib. Hakimin qərarı ilə Aydın Nağıyev 15 sutka inzibati qaydada həbs edilib.

“Sədərək”də axund dəyişdi, məsciddə qarşıdurma yarandı - Video

Murad Əhməd