Səfər Əbiyevin yaxınları danışdı- - "O, geri dönəcək"

sefer-ebiyevin-yaxinlari-danisdi-
Oxunma sayı: 3493


"Qafqazinfo" xəbər verir ki, keçmiş nazirin yaxınlarından biri Turan-a açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib: “Belə məlumatlar tamamilə əsassızdır. Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”.

Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.

“Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, - səfirliyin nümayəndəsi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.

S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə istinadla yayılıb.