Şəhərlərdə xaos hökm sürür, nazir isə “vəziyyət nəzarətdədir” deyir

seherlerde-xaos-hokm-surur-nazir-ise-veziyyet-nezaretdedir-deyir
Oxunma sayı: 536

Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən kütləvi iğtişaşlar fonunda ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunmayacağını bəyan edib.

“Qafqazinfo” BFMTV telekanalına istinadən xəbər verir ki, nazir bu barədə televiziya efirində çıxış edərkən bildirib:

“Təhlükəsizlik qüvvələrinin resursları vəziyyətə nəzarət etmək üçün kifayət edib və o, qüvvələrin yetərsiz olduğunu düşünmür. Polis qanun çərçivəsində hərəkət edərək lazımi tədbirləri görüb. Bir sıra şəhərlərdəki darmadağın və vandalizm aktlarına baxmayaraq, xüsusi rejim tətbiq etmək üçün əsas görmürük. Vəziyyət hakimiyyətin nəzarəti altındadır. Ölkə üzrə iğtişaşlarda iştirak edən 400-ə yaxın şəxs saxlanılıb və onların əksəriyyəti həddi-büluğa çatmış şəxslərdir”.

Qeyd edək ki, bu gün Paris, Marsel və digər şəhərlərdə etirazçılarla polis arasında qarşıdurma baş verib. Parisdə iğtişaşlar Yelisey sarayına qədər uzanıb və burada radikal qruplar fəallıq göstəriblər. Limojda meriya binasında yanğın baş verib, Marsel və Bordoda isə etirazçılar şəhər administrasiya binalarına daxil olmağa cəhd ediblər.

Məlumat üçün bildirək ki, bundan əvvəl Fransada etirazçıların zərgərlik mağazalarını və dəbdəbəli butikləri qarət etməyə başladıqları barədə məlumatlar yayılmışdı.