Şəhid polkovnik-leytenant dəfn edildi - Video

sehid-polkovnik-leytenant-defn-edildi
Oxunma sayı: 8492

Düşmənin terror məqsədilə quraşdırdığı tank əleyhinə minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Əkrəm Şadmanov dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, xidmət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Polkovnik-leytenant İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Ağdam rayonunda “KamAZ” markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub. Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.