Şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial aksiya keçirilib - Fotolar

sehid-ve-qazi-ailelerinin-uzvleri-ucun-odenissiz-tibbi-sosial-aksiya-kecirilib
Oxunma sayı: 665

Martın 15-də "Referans Medical Group" və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Xaçmaz rayonunda yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, aksiya Referans Xaçmaz Tibb Mərkəzində təşkil olunub. Aksiyada Referans Xaçmaz filialının 10-dan çox yüksəkixtisaslı həkim və tibb personalı şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarına tibbi xidmət göstərib. Kardioloq, Terapevt, ginekoloq, oftalmoloq, pediatr mütəxəssislər tərəfindən müayinələr aparılıb.

Ümümilikdə gün ərzində aksiya iştirakçılarına 100-dən çox tibbi xidmət göstərilib. Həmçinin, həkim təyinatlarına əsasən müharibə veteranları və şəhid ailələrinin üzvləri digər xidmətlərdən də ödənişsiz şəkildə keçiblər.

Həkim və diaqnostik müayinələrinin nəticələrindən asılı olaraq aksiya iştirakçılarına müvafiq müalicələr yazılıb. 

Qeyd: Bu tipli analoji aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsini planlaşdırılır.