“Onun sağlam və hazır olmasını təmin etmək üçün nəsə edə bilsəydim, bir saniyə belə tərəddüd etməzdim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Alvaro Arbeloa bud əzələsindən zədə alan futbolçusu Cud Bellinqem barədə deyib.
O bildirib ki, C.Bellinqem dünyanın ən yaxşı oyunçularından biridir: “O, lider və hər kəs üçün nümunədir. Yoxluğu çox hiss olunur. Əgər onu indi sağaltmaq üçün sehirli eliksirim olsaydı, mütləq istifadə edərdim”.
Qeyd edək ki, ingiltərəli oyunçu zədə səbəbindən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Son xəbərlər
Son Xəbərlər