Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verildi - Video

sekide-15-yasli-qiz-30-yasli-kisiye-ere-verildi
Oxunma sayı: 8756

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb:

“Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H. ilə 1991-ci il təvəllüdlü M.S.-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Murad Əhməd