Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə - Video

selcuk-bayraktardan-prezidente-maraqli-hediyye
Oxunma sayı: 9207

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər.

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar İlham Əliyevə maraqlı hədiyyə verib.

O, Azərbaycan Prezidentinə kiçik ölçülü pilotsuz uçuş aparatının maketini hədiyyə edib. PUA üzərində İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın imzaları da yer alıb.

Həmin görüntüləri təqdim edirik: