“Sən isə qorxaq və toyuqsan” - Enzo ilə Mount arasında gərginlik

sen-ise-qorxaq-ve-toyuqsan
Oxunma sayı: 1875

İngiltərə Premyer Liqasının 31-ci turunda keçirilən “Çelsi” – “Mançester Yunayted” (4-3) matçından sonra futbolçular arasında gərginlik yaşanıb. 

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Enzo Fernandes “Mançester Yunayted”in futbolçusu Meyson Mauntla mübahisə edib. 

Belə ki, matç bitdiyi zaman Enzo Mounta qışqıraraq ona xoşagəlməz sözlər deyib: “Bu, “Çelsi”dir, sən isə qorxaq və toyuqsan”.

Qeyd edək ki, Meyson Mount “Mançester Yunayted”dən əvvəl “Çelsi”də oynayıb.